...

Bakı Zooloji Parkının yeni loqosu təqdim edilib (FOTO)

Mədəniyyət Materials 30 Dekabr 2016 15:42 (UTC +04:00)

Bakı. Trend:

Bakı Zooloji Parkının loqo dizaynı ilə bağlı müsabiqə başa çatıb.

Qurumdan Trend-ə verilən məlumata görə, münsiflər heyətinin qiymətləndirilməsi əsasında ən yaxşı dizaynın müəllifi − Aydın Əsgərli müəyyən olunub.

Qalib loqo dizaynında Bakının tarixi abidəsi olan Qız qalasının fonunda əks olunan ölkəmizin “böyük Qafqaz beşliyi” – nəsli kəsilmək təhlükəsi ilə üzləşən beş heyvan növü təsvir olunub.

Müsabiqənin qalibi pul mükafatı və Zooloji Parkın xatirə hədiyyələri ilə təltif edilib.

Loqo dizaynı müsabiqəsi Bakı Zooloji Parkının 2018-ci ildə qeyd olunacaq 90 illik yubileyi ərəfəsində yenidənqurma və bərpa işlərinin aparılması çərçivəsində elan edilib. Təmir-quruculuq tədbirləri çərçivəsində Zooloji Parkın ərazisinin genişləndirilməsi, heyvanların saxlanma şəraitinin yaxşılaşdırılması və qəfəslərin beynəlxalq standartlara uyğunlaşdırılması, ərazidə müxtəlif təyinatlı əyləncə obyektlərinin istismara verilməsi və s. nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti