...

"Kəpəz Kuboku 2017"-nin qalibləri müəyyən olunub (FOTO)

Mədəniyyət Materials 3 Fevral 2017 19:02 (UTC +04:00)
Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyası "Kəpəz Kuboku 2017" yarışması və rəqs konqresini keçirib.
"Kəpəz Kuboku 2017"-nin qalibləri müəyyən olunub (FOTO)

Bakı. Trend:

Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyası "Kəpəz Kuboku 2017" yarışması və rəqs konqresini keçirib.

Məhsəti Gəncəvi Mərkəzində Bədii rəhbərlərin konqresi keçirilib. Konqresdə Bədii rəhbərlər arasında bir çox məsələlər müzakirə olunub. Münsiflər heyətinin üzvü Tahir Eynullayev belə bir neçə təkliflər irəli sürüb: ""Naz eləmə" rəqsini uşaq kateqoriyalı iştirakçılar ifa etməsinlər, bu rəqsin fəlsəfəsi onların yaş kateqoriyalarına aid deyil. Əgər bu rəqsi yarışmalarda beybi və uşaq kateqoriyalı iştirakçılar ifa edərlərsə, münsiflər heyəti onların rəqslərini qiymətləndirməyəcək".

Daha sonra Azərbaycan Rəqs Assosiasiyasının prezidenti Əziz Əzizov mart ayında Moskvada keçiriləcək Avropa Çempionatı haqqında danışıb. O bildirib ki, hansı qruplar Azərbaycanı təmsil etmək istəsə, Assosiasiyadan keçib, qatıla bilərlər. Daha sonra Azərbaycan daxilində, xüsusilə də bölgələrdə yay ərəfəsində beynəlxalq rəqs festivallarının keçirilməsi barədə danışılıb. Bu barədə “İnci” rəqs ansamblının rəhbəri Cavid Məmmədov çıxış edib. Gəncə, Migəçevir və Göygöl təmsilçiləri arasında müzakirələr bir ay ərzində davam edəcək. Nəticə mart ayında Azərbaycan Gənclər İttifaqının mədəniyyət şöbəsinə çatdırılacaq və festivalın quruluşu ilə bağlı işlərə başlanacaq.

Yanvarın 29-da isə Gəncə Olimpiya Kompleksində Rəqs üzrə Kəpəz Kuboku keçirilib. Burada Azərbaycanın bir çox bölgəsindən rəqs kollektivləri toplaşıblar. Onların hər biri öz rəqslərini münsiflər heyəti qarşısında nümayiş etdiriblər.

Həmçinin Azərbaycan Gənclər İttifaqı münsiflərə iştirakçıları peşəkar səviyyədə qiymətləndirdiklərinə görə, minnətdarlığını bildirib. Münsiflər heyəti: Tahir Eynullayev, Ülviyə Həsənova, münsiflər heyətin köməkçiləri isə Emil Pənahov və Xaliq Əlizadədir.

Aşağıda Kubok sahiblərinin siyahısı təqdim olunur:

Show Dance:

Small group - Baby –"Ləman" rəqs qrupu (Ağstafa)
Solo – Child –"Buta" rəqs ansamblı (Bakı)
Formation – Child – "Sevinc" rəqs qrupu (Mingəçevir)
Formation – Juniors – "Atəş" rəqs qrupu (Bakı)

Bollywood:

Solo – Child –"Buta" rəqs ansamblı (Bakı)
Duet – Child – "Buta" rəqs ansamblı (Bakı)

Folk Style:

Solo – Baby – "İnci" rəqs ansamblı (Bakı)
Formation – Child – "İnci" rəqs qrupu (Bakı)
Solo – Juniors – "Bahar" rəqs qrupu (Göy- Göl )
Duos – Juniors –"Azəri Tacı" rəqs qrupu (Bakı)
Small group - Juniors – "Sənan" rəqs qrupu (Gəncə)
Formation - Juniors – "Sənan" rəqs qrupu (Gəncə)

Folk Etnika:

Duet – Baby – "Atəş" rəqs qrupu (Bakı)
Small group – Baby – "Atəş" rəqs qrupu (Bakı)
Small group - Juniors – "Sənan" rəqs qrupu (Gəncə)
Formation - Juniors – "Sənan" rəqs qrupu (Gəncə)
Miniproduct – "Gəncə Qönçələri" rəqs qrupu (Gəncə)
Miniproduct – "Atəş" rəqs qrupu (Bakı)

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Xəbər lenti

Xəbər lenti