...

"Arzu və Murad" Xocalı faciəsinin ildönümündə göstəriləcək (FOTO)

Mədəniyyət Materials 10 Fevral 2017 15:51 (UTC +04:00)
Pirallahı qəsəbə Mədəniyyət Evində Xocalı faciəsinin qurbanları anılacaq.
"Arzu və Murad" Xocalı faciəsinin ildönümündə göstəriləcək (FOTO)

Bakı. Trend:

Pirallahı qəsəbə Mədəniyyət Evində Xocalı faciəsinin qurbanları anılacaq.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, faciənin 25-ci ildönümü münasibətilə Mədəniyyət Evində Dövlət Gənc Tamaşaçılar Teatrının cari repertuarında olan S.Elsevərin “Ürəyində arzu tut” əsəri əsasında hazırlanmış “Arzu və Murad” tamaşası göstəriləcək.

Fevralın 26-sı saat 19:00-da isə adıçəkilən tamaşa Dövlət Gənc Tamaşaçılar Teatrında nümayiş etdiriləcək. Tamaşadan əvvəl teatrın kollektivi “Ana fəryadı” abidəsini ziyarət edərək faciə qurbanlarını xatirəsini yad edəcəklər.

“Arzu və Murad” tamaşasının quruluşçu rejissoru Gülnar Hacıyeva, bədii rəhbəri, teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.

Səhnə əsərində əsas obrazları əməkdar artist Gülər Nəbiyeva, aktyorlar Səbinə Məmmədova, Güşvər Şərifova, Nuriyə Əliyeva, Anar Seyfullayev, Eşqin Quliyev, Kərəm Hadızadə, Elşən Şıxəliyev, İlham Əsədov ifa edəcəklər.

Xocalı faciəsi baş verən zaman əsir düşmüş gənc qızın acı taleyi, qaçqınlıq şəraitində yaşayan insanların saf hissləri, psixoloji və mənəvi durumu yeni səhnə əsərinin əsas ideyasını təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti