...

"Novruz sevincləri" Sizləri gözləyir (VİDEO)

Mədəniyyət Materials 28 Fevral 2017 13:04 (UTC +04:00)
Martın 18-19-da Nizami Kino Mərkəzində Novruz Bayramı ilə əlaqədar “Novruz sevincləri” adlı bayram şənlikləri keçiriləcək.
"Novruz sevincləri" Sizləri gözləyir (VİDEO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzinin təşkilatçılığı ilə martın 18-19-da Nizami Kino Mərkəzində Novruz Bayramı ilə əlaqədar “Novruz sevincləri” adlı bayram şənlikləri keçiriləcək.

İdarədən Trend-ə verilən məlumata görə, şənlikdə Dədə Qorqud, kosa, keçəl, Bahar qızı və nağıl qəhrəmanlarının iştirakı ilə kiçik qonaqlara tamaşa göstəriləcək.

Həmçinin, uşaqları kosa və keçəlin əyləncəli şousu, tanınmış müğənnilərin çıxışları, rəqslər, müxtəlif oyunlar, viktorinalar, digər sürpriz və hədiyyələr gözləyir.

Bütün uşaqları və valideynləri “Novruz sevincləri”ni bizimlə paylaşmağa dəvət edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti