...

"Xəzər" dünya ədəbiyyatı jurnalının yeni sayı işıq üzü görüb

Mədəniyyət Materials 17 Mart 2017 09:46 (UTC +04:00)
"Xəzər" dünya ədəbiyyatı jurnalının yeni sayı çapdan çıxıb.
"Xəzər" dünya ədəbiyyatı jurnalının yeni sayı işıq üzü görüb

Bakı. Trend:

"Xəzər" dünya ədəbiyyatı jurnalının növbəti (1/2017) sayı nəşr olunub.

Trend-in məlumatına görə, yurnalın bu sayında:

“Çağdaş Norveç ədəbiyyatı” rubrikasında – Yusteyn Qorderin “Portağal Qız” romanı;
“Azərbaycan ədəbiyyatı” rubrikasında – Elçinin “Baş” romanının sonu;
“Poeziya” rubrikasında – Cansuq Çarkvianinin şeirləri;
“Macar ədəbiyyatı” rubrikasında – Peter Nadaşın “Mənim ölümüm” hekayəsi;
“Türk dünyası” rubrikasında – Əli Ağbaşın şeirləri;
“Roman” rubrikasında – Fransua Moriakın “Sevgi səhrası” romanı;
“Debüt” rubrikasında – Şəbnəm Əsədovanın tərcüməsində İvan Klimanın “Miriyam” hekayəsi;
“İntibah” rubrikasında – Rotterdamlı Erazmusun “Axmaqlığın tərifi” əsəri;
“Səhnə” rubrikasında – Yuri Polyakovun “Sinif yoldaşları” pyesi;
“Tərcümə mətbəxi” rubrikasında – Vilayət Hacıyevlə müsahibə və onun tərcüməsində Haynrix Böllün “Kişisiz ev” romanından parça;
“Teatr” rubrikasında – Mixail Çexovun “Peşəkar aktyorluq dərsləri” dərc olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti