...

Bura Vətəndir – Ağsuda Amil Xəlil ilə (VİDEO/FOTO)

Mədəniyyət Materials 1 Aprel 2017 15:32 (UTC +04:00)
Artıq 3-cü həftədir yayımlanan və qısa zaman ərzində tamaşaçıların rəğbətini qazanan veriliş - “Amil Xəlil ilə Bura Vətəndir!” - bu dəfə Ağsudan sizləri salamlayacaq.
Bura Vətəndir – Ağsuda Amil Xəlil ilə (VİDEO/FOTO)

Bakı. Trend:

Artıq 3-cü həftədir yayımlanan və qısa zaman ərzində tamaşaçıların rəğbətini qazanan veriliş - “Amil Xəlil ilə Bura Vətəndir!” - bu dəfə Ağsudan sizləri salamlayacaq.

Ağsunun “Xaraba şəhərinin” maraqlı tarixi. Orta Əsr Ağsu şəhəri qoruq adlandırılmır? 38 hektar əraziyə batan tarix...

Səməndər Rzayevin, Mikayıl Mirzənin, Rasim Balayevin və başqa görkəmli şəxsiyyətlərin el-obasına Ağsu dolaylarından baxacağıq. Ağsunun Kürdəmir şəhərindən ayrılmasının səbəbləri? Tarixi məmləkətimiz haqqında maraqlı faktlar..

Çoxlarınızın kitablardan oxuduğu və görmədiyi o məhşur Ağsu çayı...

Heydər Əliyev mərkəzində pulsuz təhsil. Mərkəzin atdığı bu humanist addımdan sizin də xəbəriniz olsun...

Ağsunun və ümümilikdə, Qafqazın ən böyük zavodunda maraqlı çəkiliş. Siz heç pomidor şirəsi içmişdinizmi? "Az-Granata"dan maraqlı məhsul.

Bir tarixdir Çiyni... Bu kəndi siz də tanıyıb heyran qalacaqsınız. “Bura kənd deyil ay bala, qəsəbədir, şəhərdir” - deyəcəyiniz bir məkanla tanış olacaqsınız. Şah İsmayılın ehtiyat etdiyi tayfa - Çiynililərdən xəbəriniz varmı?

Seyid Həsən Ağanın son arzusu Növcüdə gerçəkləşdi. Ölkənin bütün məmləkətlərindən onun ziyarətinə gələnlər Seyid Həsən Ağanın niyə Ağsuda dəfn edildiyini bilirsinizmi? Ağa əslən Ağsulu olmayıb. Maraqlı araşdırma sizi gözləyir..

Nağıllar dünyası. Balaca balalar Şaxta babanı Kosadan üstün tutdular. Amma araşdırmaçı jurnalisti Şaxta babadan da üstün tutdular. Maraqlı anlar Lider tv-də yaşanacaq.

Muğamlarda dinlədiyiniz şeir parçalarının yazarını tapdıq. Əksər xanəndələrin əksər ifalarında səsləndirdiyi şeir parçalarının yazarı Mətləb Məmmədoğlu “Amil Xəlil ilə Bura Vətəndir!” verilişində danışacaq.

Fokus-Mokus... İllərdir televiziyada foks izləyirsiniz. Amma dəfələrlə cəhd etmisiniz ki, o foksun sirrini öyrənəsiniz? İlk dəfə olaraq teleməkanda biz sizə bir özəl və qəliz foksun sirrini açacağıq. Gözünüz bizdə olsun...

Bütün bunlar və daha çox. 2 aprel saat 14:00-da Lider Tv-də izləməyi unutmayın.

P.S: “Bura Vətəndir!” verilişini öz bölgələrində görmək istəyənlər 070 653 48 69 whatsapp ilə əlaqə saxlaya bilər.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti