...

Polad Bülbüloğluya "Türkmənistanın Xalq artisti" fəxri adı verilib

Mədəniyyət Materials 29 Aprel 2017 23:55 (UTC +04:00)
Türkmənistan prezidenti Qurbanqulı Berdımuhamedovun fərmanı ilə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluya "Türkmənistanın Xalq artisti" fəxri adı verilib
Polad Bülbüloğluya "Türkmənistanın Xalq artisti" fəxri adı verilib

Bakı. Trend:

Türkmənistan prezidenti Qurbanqulı Berdımuhamedovun fərmanı ilə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluya "Türkmənistanın Xalq artisti" fəxri adı verilib.

Trend-in məlumatına görə, fərmanda deyilir ki, fəxri ada Polad Bülbüloğlu dostluq, qardaşlıq, mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə və Türkmənistan və Azərbaycan xalqları arasında əməkdaşlığa, İki ölkə arasında mədəni və humanitar sahələrdə dialoqun möhkəmləndirilməsinə, mahnı-musiqi sənətinin inkişafında uğurlarına və istedadına görə, layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti