Bakı. Trend:
Mayın 23-də saat 19.00-da Kamera və Orqan Musiqisi Zalında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Filarmoniyası ilə birgə Azərbaycan Dövlət Simli Kvartetinin konserti təşkil olunacaq.
Konsertdə görkəmli Azərbaycan bəstəkarları Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Musa Mirzəyev, Həsən Rzayev, Xəyyam Mirzəzadə, həmçinin Samir Əliyevin əsərləri ifa olunacaq.
Solistlər - əməkdar artistlər Nərgiz Kərimova (soprano) və Sahib Paşazadədir (tar).
Konsertin təşkil olunmasında əsas məqsəd müasir Azərbaycanda gənc nəslə klassik musiqinin təbliğidir.
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az