...

Gənc estrada ifaçılarının konserti keçiriləcək

Mədəniyyət Materials 2 İyun 2017 19:38 (UTC +04:00)
Rəşid Behbudov adına Mahnı Teatrında “Odlar ölkəsi” adlı gənc estrada ifaçılarının konserti keçiriləcək.
Gənc estrada ifaçılarının konserti keçiriləcək

Bakı. Trend:

Mədəniyyət kanalının və Azərbaycan Radiosunun təşkilatçılığı ilə iyunun 7-də saat 19:00-da Rəşid Behbudov adına Mahnı Teatrında “Odlar ölkəsi” adlı gənc estrada ifaçılarının konserti keçiriləcək.

Trend-in məlumatına görə, konsertdə gənc estrada ifaçıları - Sərxan Cəfərov, Fərəh Həsənzadə, Şövqi Əmrahov, Şeyda Ələsgərova, Güllü Bəhərzalova, Nigar Xəlili, Tural Xəlilzadə, Şəfiqə Abbasova, Sevinc Cavadova, Rüfət Xəlil, Səfa Eldar, İradə Musayeva, Emin İsmayılov, Bəsti Qasımova, Leyla Əmrahova, Yana Maybaxın rəhbərlik etdiyi “Renessans” rəqs qrupu və başqaları iştirak edəcək. Layihənin rəhbəri Emin Həsəndir. Konsertdə ifaçıları Azərbaycan Televiziyası və Radiosunun Tofiq Əhmədov adına Estrada-Simfonik Orkestrinin kiçik heyəti müşayiət edəcək. Konsertə giriş azaddır.

Qeyd edək ki, konsertin informasiya dəstəyi Trend.az, Milli.az-a məxsusdur.

Xəbər lenti

Xəbər lenti