...

Beynəlxalq Muğam Mərkəzində xalq artisti Yaqub Məmmədovun xatirəsi yad olunacaq

Mədəniyyət Materials 9 İyun 2017 20:24 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzinin və Mədəniyyət kanalın birgə layihəsi çərçivəsində görkəmli xanəndə, Xalq artisti Yaqub Məmmədovun xatirə gecəsi keçiriləcək.
Beynəlxalq Muğam Mərkəzində xalq artisti Yaqub Məmmədovun xatirəsi yad olunacaq

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzinin və Mədəniyyət kanalın birgə layihəsi çərçivəsində görkəmli xanəndə, Xalq artisti Yaqub Məmmədovun xatirə gecəsi keçiriləcək.

Mərkəzdən Trend-ə verilən məlumata görə, gecə iyunun 16-da saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.

Tədbirdə xalq artisti Simarə İmanova, əməkdar artistlər Qəzənfər Abbasov, Nuriyyə hüseynova, Teyyub Aslanov, Sevinc Sarıyeva, Feruz Səxavət, Əsgər Əhmədov, Elza Qaybalıyeva xanəndələr Cabir Abdullayev, Hüseyn Məlikov və Ramiq Bayramov ifa edəcəklər.

Xəbər lenti

Xəbər lenti