...

YARAT Müasir İncəsənət Məkanında uşaqlar üçün festival keçiriləcək

Mədəniyyət Materials 29 Avqust 2017 15:49 (UTC +04:00)
YARAT Müasir İncəsənət Mərkəzi ənənəvi olaraq artıq ikinci ildir ki təşkil olunan “Gəlin birgə olaq” adlı uşaq festivalını təqdim edir.
YARAT Müasir İncəsənət Məkanında uşaqlar üçün festival keçiriləcək

Bakı. Trend:

YARAT Müasir İncəsənət Mərkəzi ənənəvi olaraq artıq ikinci ildir ki təşkil olunan “Gəlin birgə olaq” adlı uşaq festivalını təqdim edir.

YARAT-dan Trend-ə verilən məlumata görə, bu il festivalın mövzusu YARAT mərkəzində nümayişdə olan və əsasən iki müxtəlif nəslin fikirlərini birləşdirən “Qazaxstan üzərində günəş və neonlar” adlı sərgisi ilə bağlıdır. Festivalda baş tutacaq bütün tədbirlər 3 yaşdan yuxarı uşaqları əhatə etməklə yanaşı onların valideynlərinin də aktiv iştirakı nəzərdə tutub.

Festivalın proqramı:

Üz rəngləmə - Sevimli Bala
Uşaqlar üçün yoqa dərsi – The Art of Living
Rəsm üzrə ustad dərsi – Narmina Bağırova, Qafar Rzayev
VIVA Dessert tərəfindən xüsusi ustad dərsi
Rəqs üzrə ustad dərsi – Emin Useynov, İlham Osmanov’s Dance and Art Studio
Kollaj hazırlama üzrə ustad dərsi – Hatem Alizadə
“Xatirələr yarat” adlı xüsusi ustad dərsi – Novruz Məmmədov
İstifadə olunmuş əşyalardan art obyektlər yarat – Zemfira Azimova
Rəqqasların çıxışı – Show Balet“NERO”
Açıq havada “YALLI”rəqsi üzrə ustad dərsi - İlham Osmanov’s Dance and Art Studio
Bulvar ərazisində “YALLI” rəqsi

Əgər siz də yeni dərsi ilini qeyd etmək üçün bu möhtəşəm festivalda iştirak etmək istəryirsinizsə, öncədən zəng edib qeydiyyatdan keçməyi unutmayın. Bütün ustad dərslərində iştirak üçün yerlərin sayı məhduddur. Hər kəs 1-dən 3-ə qədər ustad dərsi üçün qeydiyyatdan keçə bilər.

Qeydiyyat üçün 050 246 92 92 zəng edin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti