Bakı. Trend:
“Mədəniyyət” kanalında sentyabr ayından etibarən yeni elmi-publisistik proqram efirə gedəcək.
Trend-in məlumatına görə, “Yaddaş” adlı proqramın aparıcısı yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzdur.
Sentyabrın 15-i, saat 21:15-də ilk buraxılışı olacaq “Yaddaş” elmi-publisistik proqramda Azərbaycanın, eləcə də dünyanın tarix, ədəbiyyat zirvələrini əks etdirən maddi-mənəvi abidələr, elm və sənət yadigarları analoji paralellərlə bir-birini əvəz edəcək.