...

Beynəlxalq Muğam Mərkəzində Milli Musiqi Günü qeyd olunub (FOTO)

Mədəniyyət Materials 19 Sentyabr 2017 19:15 (UTC +04:00)

Bakı. Trend:

Asan Könüllüləri, Beynəlxalq Muğam Mərkəzi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkil etdiyi Milli Musiqi Gününə həsr olunmuş “Canlı xatirə” adlı gecə keçirilib.

1995-ci ildə dahi bəstəkarımız Üzeyir Hacıbəylinin 110 illik yubeliyi ərəfəsində ümummilli lider Heydər Əliyevin imzaladığı sərəncama əsasən, hər ilin 18 sentyabr tarixi Milli Musiqi Günü kimi qeyd olunur.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təqdimatında əməkdar artist Ülviyyə Hacıbəylinin və tələbələrin ifasında Ü.Hacıbəylinin, T.Quliyevin, F.Əmirovun əsərləri səslənib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin ifasında tamaşaçılar “Leyli və Məcnun” operasından parçalara baxıblar və “Sevgili canan” romansını dinləyiblər.

Asan Könüllüləri dahi bəstəkarın “Arşın mal alan” və “O olmasın, bu olsun” ərəslərindən səhnələr göstəriblər.

Beynəlxalq Muğam Mərkəzi də öz musiqi hədiyyəsi ilə tamaşaçıları sevindirib. Görkəmli muğam ustadlarımız – Xan Şuşinski, Şövkət Ələkbərova və Sara Qədimovanın Moskva Dövlət Konservatoriyasının səhnəsindəki unudulmaz ifalarının lent yazısı təqdim olunub. Sənətkarların ifasında “Qarabağ şikəstəsi” səslənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti