...

Bəstəkar Mobil Babayevin yaradıcılıq gecəsi keçiriləcək (VİDEO)

Mədəniyyət Materials 6 Oktyabr 2017 20:48 (UTC +04:00)
Əməkdar incəsənət xadimi Mobil Babayevin yaradıcılıq gecəsi keçiriləcək.
Bəstəkar Mobil Babayevin yaradıcılıq gecəsi keçiriləcək (VİDEO)

Bakı. Trend:

Oktyabrın 10-da saat 19:00-da Azərbaycan Televiziyası Mədəniyyət Kanalının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Beynəlxaq Muğam Mərkəzinin birgə layihəsi olan tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Mobil Babayevin yaradıcılıq gecəsi keçiriləcək.

Trend-in məlumatına görə, gecədə Azərbaycan Televiziyası və Radiosunun “Qaytağı” instrumental ansamblının müşayiətilə bəstəkarın mahnıları ifa olunacaq.

Konsertdə xalq artistləri Mübariz Tağıyev, Gülyanaq Məmmədova, əməkdar artist Lalə Məmmədova,Səbinə Əsədova, müğənnilər Cavan Zeynallı, Adil Axundov, Rövşən Qəhrəmanov,Taleh Yahyayev, Şölə Səfərəliyeva, Cavid Məmmədov, İlkin Əhmədov və “Sevil“ vokal kvarteti çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti