...

Samir Bayramlı: "Bollywood Night" Azərbaycan və Hindistan arasında mədəniyyət körpüsüdür

Mədəniyyət Materials 7 Noyabr 2017 13:03 (UTC +04:00)
"Bollywood Night" Azərbaycan və Hindistan arasında mədəniyyət körpüsüdür.
Samir Bayramlı: "Bollywood Night" Azərbaycan və Hindistan arasında mədəniyyət körpüsüdür

Bakı. Trend:

"Bollywood Night" Azərbaycan və Hindistan arasında mədəniyyət körpüsüdür.

Bunu Trend-ə "Bollywood Night" gecəsinin aparıcısı Samir Bayramlı deyib.

Onun sözlərinə görə, "Bollywood Night" iki xalqı daha da yaxınlaşdıracaq, bir-birilərini daha yaxşı tanımağa kömək edəcək, dostluq və sülhün parlaq bayramına çevriləcək.

S.Bayramlı bildirib ki, Hindistan kinematoqrafiyası demək olar ki, hər bir azərbaycanlının ürəyində yaşayır: "Heyrətamiz və parlaq, dolğun və musiqi kinolentləri bizə uşaqlıqdan tanışdır. Bollivud filmləri rəngarəng çəkilişlər, aktyorların istedadlı oyunu, çox maraqlı süjet sayəsində müxtəlif yaş kateqoriyalı bir çox insanın həyatına daxil olub. Günümüzdə hind kinosuna yenə də çoxmilyonlu tamaşaçılar baxır və sevirlər. Buna görə də hind kinosu, musiqisi və rəqsi sevərlərinin hamısı üçün həqiqi bayrama çevriləcək gecəmizə dəvət edirəm".

Xatırladaq ki, noyabrın 11-də, saat 19:00-da Heydər Əliyev adına İdman Arenasında Azərbaycan və Hindistan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə və Hindistanın müstəqilliyinin 70 illiyinə həsr olunmuş möhtəşəm "Bollywood Night" bayramı keçiriləcək.

Azərbaycan və hind estrada ulduzlarının iştirakı ilə "Bollywood Night" Hindistanın Azərbaycandakı Assosiasiyasının (prezident - Sobi T. Abraham) dəstəyi ilə "Full House Entertainment" (rəhbər - Dia Soun Kxe) tərəfindən təşkil edilib. Azərbaycan Televiziya və Radiosunun solisti, xalq artisti Faiq Ağayev Bollivudun Azərbaycanda ulduz səfiridir. Konsert proqramında müğənnilər Ceyhun Bakinski, Fərid Həsənov, Kamran Həsənli, Könül Kərimova və gənc ifaçı Nuray iştirak edəcəklər. Gecənin aparıcıları Nərminə Ağası və Samir Bayramlıdır. Azərbaycanın bütün artistləri Hindistanın milli geyimlərində çıxış edəcəklər və bu əfsanəvi ölkənin məşhur kompozisiyalarını təqdim edəcəklər. Çıxış "Super rəqqas" qrupunun parlaq şou və rəqsləri ilə müşayiət olunacaq. Hind rəqslərinin və dəfilənin quruluşçu rəssamı Etibar Quliyevdir. Gecədə iki ölkənin ənənəvi geyimlərindən ibarət "Fashion Show" təqdim olunacaq.

"Hind Madonnası" və "Hindistanın pop-musiqisinin kraliçası" adlandırılan hind estradasının ulduzu Alişa Çinayın çıxışı gecənin kulminasiyası olacaq. Məşhur hind filmlərində hamı ərəfindən sevilən mahnıları məhz o ifa edir. Müğənni konsertdə özünün "Made in India", "Zoobie Zooby", "Mujhe Log Bole", "Raja Hindustani", "Sona Sona Roop Hai", "Kajra Re" xitlərini, "Disko rəqqası", "Oyna-oyna", "Cənab Hindistan" və başqa məşhur hind kinofilmlərindən mahnılar səsləndirəcək.

Qonaqlar üçün saat 17:00-dan 21:00-dək rəngarəng "Food & Shopping Festival" bayram yarmarkası da təşkil olunacaq. Yarmarkaya giriş yalnız biletlərlə mümkündür.

Biletlərin qiyməti 10, 20, 40 və 75 manatdır. Biletlər Bakının bütün kassalarında, "28 Mall", "Gənclik Mall", "Asan Xidmət" mərkəzlərində və onlayn https://iticket.az/ru/events/bollywood-night saytında satılır. Pulsuz çatdırılma üçün (077) 600 00 60 telefon nömrəsinə müraciət etmək kifayətdir. Məlumat üçün telefon nömrələri: (077) 6229270, (077) 6229295.

Tədbirin səhifəsi: https://www.facebook.com/bollywoodnight.in/

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti