...

Dünyaca məşhur cizgi filminin qəhrəmanları Bakı Beynəlxalq Avtovağzalında

Mədəniyyət Materials 7 Noyabr 2017 21:18 (UTC +04:00)
Bakıda ilk dəfə olaraq “WaltDisney” şirkətinin məşhur cizgi filminin motivləri əsasında “Soyuq ürək” adlı şou göstəriləcək.
Dünyaca məşhur cizgi filminin qəhrəmanları Bakı Beynəlxalq Avtovağzalında

Bakı. Trend:

Bakıda ilk dəfə olaraq “WaltDisney” şirkətinin məşhur cizgi filminin motivləri əsasında “Soyuq ürək” adlı şou göstəriləcək.

Trend-in məlumatına görə, “Made in Odessa” Prodüser Mərkəzinin (Ukrayna) teatrının aktyorlarının iştirakı ilə heyrətamiz tamaşa noyabrın 11 və 12-də Heydər Əliyev Sarayında nümayiş etdiriləcək.

Balacalar və valideynlər üçün nəzərdə tutulmuş inanılmaz tamaşa "WaltDisney" şirkətinin tarixi ərzində kassa yığımı ən yüksək olan və bütün dünya uşaqlarının ən sevimli "Soyuq ürək" cizgi filminin motivləri əsasında hazırlanıb. Cizgi filmi H.K.Andersenin "Qar kraliçası" əsərinə əsaslanır.

Tamaşanın təşkilatçıları olan “MGM Production”dan deyiblər: “Diqqət! “Soyuq ürək” tamaşasına bilet alan hər kəsin cizgi filminin qəhrəmanları ilə görüşmək və onlarla pulsuz şəkil çəkdirmək imkanı var. Görüş noyabrın 9-da saat 16:30-da, Bakı Beynəlxalq Avtovağzalının binasında – Baku Outlet Park, birinci mərtəbədə baş tutacaq. Hələ də bilet ala bilməyənlər isə bunu birbaşa görüş zamanı edə bilərlər. Sizi və uşaqlarınızı gözləyirik”.

Son vaxtlar uşaqların və böyüklərin diqqətini cəlb etmək, onları təəccübləndirmək çox çətinləşib. “MGM Production” ilin sonunu uşaqlar üçün unudulmaz etməyi qarşısına məqsəd qoyub. Qeyd edək ki, son illər komanda öz tamaşaçısına parlaq və maraqlı tamaşalar göstərir.

Heydər Əliyev Sarayında noyabrın 11-12-də “Soyuq ürək”, dekabrın 23-də “Barboskinlər və kitab rəfininin sirri”, dekabrın 24-də “Luntik – Yeni ilin mübarək!”, dekabrın 29-30-da “Fiksi şou - Zamanın xilasediciləri” tamaşaları nümayiş etdiriləcək. Biletləri www.iticket.az saytında sifariş vermək və ya +994503549054 telefon nömrəsinə zəng etmək olar.

Şirkətin sürprizləri bununla yekunlaşmır. “MGM Production” tamaşalara bilet almış müştərilərinə endirimlər və bonuslar təqdim edən iri yerli şirkətlərlə əməkdaşlıq etməyə başlayıb. Bu endirimlər və bonuslar barədə daha ətraflı məlumatı sosial şəbəkələrdə əldə etmək olar:

“Facebook” https://www.facebook.com/Admin.MGM.PRO/

“Instagram” https://www.instagram.com/mgm_pro/

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti