...

«Miss Top Model Azerbaijan-2018» müsabiqəsində ilk kastinqin tarixi və yeri məlum olub

Mədəniyyət Materials 8 Noyabr 2017 20:32 (UTC +04:00)
Milli top-model müsabiqəsi olan "Miss Top Model Azerbaijan-2018"in ilk kastinqi noyabrın 12-də saat 15:00-da "Switch Venezia" klubunda keçiriləcək.
«Miss Top Model Azerbaijan-2018» müsabiqəsində ilk kastinqin tarixi və yeri məlum olub

Bakı. Trend:

Milli top-model müsabiqəsi olan "Miss Top Model Azerbaijan-2018"in ilk kastinqi noyabrın 12-də saat 15:00-da "Switch Venezia" klubunda keçiriləcək.

Trend-in məlumatına görə, müsabiqənin təşkilatçıları bildiriblər: «Miss Top Model Azerbaijan»-ın digər müsabiqələrdən fərqi ondan ibarətdir ki, bu müsabiqəyə model biznesinə yeni qoşulmaq istəyənlərlə yanaşı, Azərbaycanda və xaricdə kifayət qədər tanınmış yerli modellər də qatıla bilərlər».

Xatırladaq ki, 17 iyun final gecəsində - «Miss Top Model Azerbaijan-2017» adını Ceyhunə Əliyeva qazanıb.

Müsabiqənin iştirakçıları keçən il olduğu kimi, bu il də qiymətli hədiyyələrlə yanaşı, ölkəmizin şou-biznesinə və dəb sənayesinə qatılmaq şansı əldə edəcəklər.

"Miss Top Model Azerbaijan" adını qazanan iştirakçı ölkəmizi beynəlxalq "Miss Top Model of the World" müsabiqəsində təmsil etmək hüququnu qazanacaq.

"Miss Top Model Azerbaijan"da iştirak etmək üçün ərizə qəbulu müsabiqənin rəsmi saytında olan anketi doldurmaqla həyata keçirilir (http://www.misstopmodel.az/form).

Ərizə qəbulu noyabr ayının 10-da bitəcək.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti