...

"Bugi-Vugi Səfiri" Bakıda emosiyaların partlayışına səbəb olacaq

Mədəniyyət Materials 6 Yanvar 2018 16:34 (UTC +04:00)
Bakı Beynəlxalq Muğam Mərkəzində və the Landmark otel və biznes mərkəzində məhşur isveçrəli bugi-vugi və blüz ifaçısı Silvan Zinggin təqdimatında Bugi-Vugi konserti keçiriləcək.
"Bugi-Vugi Səfiri" Bakıda emosiyaların partlayışına səbəb olacaq

Bakı. Trend:

Yanvarın 27-də Bakı Beynəlxalq Muğam Mərkəzində və yanvarın 28-də the Landmark otel və biznes mərkəzində məhşur isveçrəli bugi-vugi və blüz ifaçısı Silvan Zinggin təqdimatında Bugi-Vugi konserti keçiriləcək.

Silvan Zingg Bugi-vugi və blüz janrında ifa edən istedadlı pianoçudur. O, Chuck Berry, Ray Charles, Kathie Webster, Sammy Price, Memphis Slim, Champion Jack Dupree, Tito Jackson və bir çox digər məşhurlarla eyni səhnədə çıxış etmişdi. Tənqidçilər onun texnikasından və şən entuziazmından təsirlənərək, onu qeyri-adi pianoçu kimi təsvir edirlər. Onun ən böyük hiti olan “Dancing The Boogie” musiqisi Youtube-da 8.1 milliondan çox izlənilmişdi. Onun bu növ musiqi janrına olan ehtirası 2002-ci ildə İsveçrədə indi də çox uğurlu olan Luqano Beynalxalq Bugi Vugi Festivalını təsis etməsinə səbəb olmuşdu.

İsveçrənin Azərbaycandakı səfirliyi, Beynalxalq Muğam Mərkəzi və The Landmark-ın birgə əməkdaşlığı ilə S.Zinggin möhtəşəm və yaradıcı performasını təqdim etməkdən qürur hissi duyur. Konsertin programı çox şəndir və Bakıda Yeni il üçün çox gözəl başlanğıcdır. Zinggin canlı və pozitiv enerjisi tamaşaçıları heyran edəcək.

Bu qeyri-adi konsertdə iştirak etmək şansını əldən qaçırmayın!

Şənbə günü Beynəlxalq Muğam Mərkəzində təşkil olunacaq konsert üçün biletləri Bakının bütün kassalarından və "iTicket.az" saytından asanlıqla əldə edə bilərsiniz.

Bazar günü Landmarkdakı konsertə giriş dəvətnamə ilə olacaq.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti