Bakı. Trend:
Milli Azərbaycan Tarixi Muzeyinə Şərq xalçası hədiyyə olunub.
Trend Azərbaycan Milli Elmlər Akademiyasına istinadən məlumat verir ki, bu yaxınlarda İsraildə yaşayan həmyerlimiz Rauf Şalikoyeviç Zarbailov Şərq mədəni irsinin nümunəsi olan Əfqanıstan xalçasını AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə edib.
XX əsrə aid bu xalça muzeyin Etnoqrafiya fonduna təhvil verilib.
Maddi-mədəniyyət nümunəsi Şərq kolleksiyasının zənginləşdirilməsi baxımından tarixi əhəmiyyətə malikdir.