...

“Azerbaijan Golden Kids Awards 2018” qaliblərinin mükafatlandırma mərasimi keçirilib (FOTO)

Mədəniyyət Materials 5 İyun 2018 13:56 (UTC +04:00)
Nizami Kino Mərkəzində Azərbaycanda ilk dəfə bu il 1 iyun - uşaqların beynəlxalq müdafiəsi gününə həsr olunmuş “Azerbaijan Golden Kids Awards 2018” layihəsinin qaliblərinin uşaq nominasiyaları üzrə mükafatlandırma mərasimi, qala gecəsi keçirilib.
“Azerbaijan Golden Kids Awards 2018” qaliblərinin mükafatlandırma mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Nizami Kino Mərkəzində Azərbaycan Könüllülər İctimai Birliyinin təşkilatçılığı və Nizami Kino Mərkəzinin tərəfdaşlığı ilə Azərbaycanda ilk dəfə bu il 1 iyun - uşaqların beynəlxalq müdafiəsi gününə həsr olunmuş “Azerbaijan Golden Kids Awards 2018” layihəsinin qaliblərinin uşaq nominasiyaları üzrə mükafatlandırma mərasimi, qala gecəsi keçirilib.

Trend-in məlumatına görə, qala gecəsində sənət nümayəndələrindən isə Ramiz Novruz, Cənnət Səlimova, Əliqismət Lalayev, Elnur Məmmədov, Lalə Məmmədova, Nərgiz Cəlilova, Aybəniz Həşımova, Elza Seyidcahan, Elnarə Xəlilova, Fatimə Fətəliyeva, İlqar Xəyal, Eldar Qasımov, Gülnarə Xəlilova, Nahidə Orucova və başqaları iştirak ediblər.

Tədbirin aparıcıları Ruslan Sabirli və Lətafət Ələkbərova açılış üçün Azərbaycan Könüllülər İctimai Birliyinin sədri İmaməddin Quliyevi, AKİB-in Mədəniyyət və İncəsənət departamentinin sədri Ülviyyə Bəbirlini və Bəbir Bəbirlini dəvət ediblər. Hər nominantda bir tanınmış sima səhnəyə dəvət olunub.

Həyat Fondunun prezidenti Haci Nurana Azərbaycan Könüllülər İctimai Birliyi adından “Könüllülərin dostu” nominasiyasında ödül, Elnur Məmmədova uşaqlara həsr etdiyi klipinə görə, əməkdar artist Aybəniz Haşımovanın “sənət akademiyasına” isə “ən yaxşı yaradıcılıq mərkəzi” nominasiyasında ödül təqdim olunub.

Layihənin rəhbəri Azərbaycan Könüllülər İctimai Birliyi Mədəniyyət və İncəsənət Departamentinin direktoru Ülviyyə Bəbirlinin sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü yubileyi münasibəti ilə keçirilmiş layihənin məqsədi 3-15 yaşadək olan uşaqların iştirakını təmin edərək onların inkişafına və peşə bacarıqlarının üzə çıxmasına dəstək olmaqdan ibarətdir.

Ümumilikdə qala gecəsində 32 nominasiya üzrə qaliblər mükafatlandırılıblar.

Onlardan:

Ən yaxşı vokal ifaçı

Ən yaxşı rəqqasə

Ən yaxşı skripka ifaçısı

Ən yaxşı teatr aktyoru

Ən yaxşı vətənpərvər mahnı ifaçısı

Ən yaxşı rəssam

Ən yaxşı kikboksçu

Ən yaxşı modelyer uşaq

Ən yaxşı piano ifaçısı

Ən yaxşı aparıcı

Ən yaxşı teatr və kino aktyoru

Ən yaxşı azyaşlı rəssamvə s. kimi nominasiyaları qeyd etmək olar.

Qaliblər sırasında Nuray Rəhman, İskəndər Həsənzadə, Altay Adıgözəlov, Banu Kərimli, Şura Zeynal, Nəzrin Cavadlı, Rahib Məmmədzadə, Nihan Evci, Məhəmməd Əli Yılmaz Altay Adıgözəlov və Zəhra Məmmədova, Məryəm Əsədova, Surə Həsənli, Zəminə Nurullayeva, Milana Nəbiyeva, Xalid Əliyev, Ayan Bəkirova, Müzəffər Fərzəliyev və başqalarının adlarını qeyd etmək olar.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti