...

“Baku Summer Jazz Days” layihəsi çərçivəsində növbəti konsert keçirilib (FOTO)

Mədəniyyət Materials 6 İyun 2018 19:52 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzində “Baku Summer Jazz Days” layihəsi çərçivəsində növbəti konsert keçirilib.
“Baku Summer Jazz Days” layihəsi çərçivəsində növbəti konsert keçirilib (FOTO)

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın Əməkdar artisti Elçin Şirinov və Andras Des Triosunun uğurlu əməkdaşlığının nəticəsi olaraq “Baku Summer Jazz Days” layihəsi çərçivəsində növbəti konsert keçirilib.

Trend-in məlumatına görə, tədbir Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Premier Art Management" prodüser agentliyinin təşəbbüsü ilə reallaşır.

Tədbirin rəsmi hissəsində Macarıstanın Bakıdakı səfiri Viktor Sederkenyi çıxış edərək, qeyd edib ki, layihə çərçivəsində macar musiqisi ilə azərbaycan musiqisinin sintezini eşitmək olduqca maraqlıdır. Səfir belə gözəl musiqi günlərinin keçirilməsində əziyyət çəkən hər kəsə təşəkkürünü bildirib.

Tanınmış teleaparıcı Rahib Azərinin aparıcılığı ilə keçən konsertdə Əməkdar artist Elçin Şirinov və Andras Des Triosu (percussion), Marton Fenyvesi (electric and acoustic guitar), Matyas Szandai (Double bass) ilk olaraq Azərbaycan caz kompoziyasını tamaşaçılara təqdim ediblər.

Daha sonra Elçin Şirinov və Andras Des Triosunun ifasında maraqlı macar və azərbaycan xalq mahnılarının eyni zamanda caz sintezi tamaşaçılara təqdim olunub.

Elçin Şirinov Vaqif Sadıqov, Aaron Goldberg, Kevin Hays, Jean Michel Pilyc, Yakov Okun kimi caz pianoçulardan dərs alıb.

Onun musiqi dünyagörüşünü formalaşdıran Bill Evans, Herbie Hancock, Brad Mehldau kimi dahilərin musiqisi olub.

Elçin 2008-ci ildən etibabrən aktiv şəkildə konsert fəaliyyətlərinə başlayıb. O, öz Triosu və Andrea Di Biase, Jon Scott, Dave Hamblett, Ben Street və Jeff Ballard kimi tanınmış musiqiçilərlə birlikdə Almaniya, Polşa, Fransa və İspaniyada müxtəlif festivallarda iştirak edib.

Azəbaycanda premyerası keçirilən Elçin Şirinov və András Dés Trio layihəsi dəfələrlə xaricdə konsertlərlə çıxış edib və albomu buraxılıb.

András Dés 2005-ci ildə Ferenc List Musiqi Akademiyasının Caz fakültəsini
bitirib. Son illər ərzində Des öz perkussiya dəstini hazırlayıb: sağ əli ilə o, zərb alətçisi kimi, sol əli ilə isə bir perkussionist kimi ifa edir. Çoxsaylı caz qruplarının üzvü olaraq o, dünyanın hər yerini gəzib və Carnegie Hall, Covent Garden, Amsterdam Konser tgebouw, Şam Opera Evi və Qüds Tiyatrosu kimi bir çox musiqi salonlarında çıxış edib.

Qeyd edək ki festival çərçivəsində iyunun 7-də Beynəlxalq Muğam Mərkəzində ABŞ-ın fank bas gitaraçısı və müğənnisi Nik West öz ansamblı ilə çıxış edəcək.

İyunun 8-də Beynəlxalq Muğam Mərkəzində isə tamaşaçıları Fransanın populyar musiqiçiləri Jacky Terrasson və Stephane Belmondo və onların yeni layihəsi TERRAMONDO ("Mother") ilə görüş gözləyir.

Biletləri şəhərimizin kassalarından, “ASAN xidmət” mərkəzlərindən və İticket.az saytından əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti