...

ABŞ səfirliyi Yer Günü ilə bağlı incəsənət müsabiqəsinin qaliblərini mükafatlandırıb (FOTO)

Mədəniyyət Materials 12 İyun 2018 20:12 (UTC +04:00)
6 -16 yaşında olan gəncləri ətraf mühit məsələləri barədə maarifləndirmək və istedadları üzə çıxarmaq məqsədilə incəsənət müsabiqəsi keçirilib.
ABŞ səfirliyi Yer Günü ilə bağlı incəsənət müsabiqəsinin qaliblərini mükafatlandırıb (FOTO)

Bakı. Trend:

ABŞ səfirliyi, “Rəsm” zərgərlik evi, Təhsil Nazirliyinin nəzdində olan Uşaq və Gənglər Mərkəzləri 6 -16 yaşında olan gəncləri ətraf mühit məsələləri barədə maarifləndirmək və istedadları üzə çıxarmaq məqsədilə incəsənət müsabiqəsi keçiriblər.

Müsabiqə iştirakçıları rəsm işlərini istənilən (həm elektron, həm də qeyri-elektron) formatda rəsm işlərini izah edən inşa ilə birlikdə təqdim ediblər.

Təhsil Nazirliyi və “Rəsm” zərgərlik evi ilə birlikdə ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr üzrə müşavir vəzifəsini icra edən Haydi Smislə birlikdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və Yer (Kürəsi) Gününə həsr olunmuş İncəsənət Müsabiqəsinin qaliblərinə mükafat və sertifikatlar təqdim ediblər.

Müsabiqənin beynəlxalq münsiflər heyəti 500-dən çox incəsənət işini nəzərdən keçirib onların arasından 60-nı seçib. Seçilmiş işlər 12-15 iyun tarixində 3 nömrəli Uşaq və Gənclər Mərkəzində numayiş olunacaq. Sərgiyə giriş ödənişsiz və hamı üçün açıqdır. Seçilmiş işlər ABŞ səfirliyi və “Rəsm” zərgərlik evinin feysbuk səhifələrində yerləşdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti