...

Bakıda gənc caz ifaçılarının beynəlxalq müsabiqəsi təşkil olunacaq

Mədəniyyət Materials 9 Oktyabr 2018 18:05 (UTC +04:00)
Bakıda oktyabrın 15-dən 18-dək gənc caz ifaçılarının “Mən cazmenəm!” adlı beynəlxalq müsabiqəsi keçiriləcək.
Bakıda gənc caz ifaçılarının beynəlxalq müsabiqəsi təşkil olunacaq

Bakı. Trend:

Bakıda oktyabrın 15-dən 18-dək gənc caz ifaçılarının “Mən cazmenəm!” adlı beynəlxalq müsabiqəsi keçiriləcək.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, müsabiqə Bakıda ənənəvi Beynəlxalq Caz Festivalı çərçivəsində gerçəkləşəcək.

Oktyabrın 18-də Beynəlxalq Muğam Mərkəzində təşkil olunacaq müsabiqə qaliblərin mükafatlandırılması və qala konsertlə başa çatacaq.

Qeyd edək ki, festival Mədəniyyət Nazirliyi və “Jazz Dünyası” jurnalının dəstəyi ilə oktyabrın 14-dən 28-dək təşkil ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti