...

Emin Sabitoğlunun 81 illiyinə həsr olunmuş konsert keçirilib (FOTO)

Mədəniyyət Materials 2 Noyabr 2018 22:45 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzində məşhur bəstəkar Emin Sabitoğlunun yaradıcılığı qeyd olunub.
Emin Sabitoğlunun 81 illiyinə həsr olunmuş konsert keçirilib (FOTO)

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzində “ASAN Könüllülər” təşkilatının “Mədəniyyət carçısı” proqramı çərçivəsində və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə xalq artisti, tanınmış bəstəkar, Azərbaycan kinosunun bir çox sevilmiş musiqilərinin müəllifi Emin Sabitoğlunun 81 illiyinə həsr olunmuş konsert keçirilib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, tədbirin əvvəlində Azərbaycan himni səslənib.Tədbiri açan “ASAN Könüllülər” təşkilatının sədri Səbinə Cabbarova öz çıxışında qeyd etdi ki, bu proqram könüllülərin istedadını üzə çıxartmaq məqsədini daşıyır və bununla əlaqədar müxtəlif təlim, tədbir və konsertlərin keçirilməsi nəzərdə tutulub. O, gənc istedadlı könüllülərə bundan sonrakı fəaliyyətlərində uğurlar arzuladı.

Sonra “ASAN könüllülər” təşkilatından iştirakcılar sevimli bəstəkarımız Emin Sabitoğlunun mahnılarından ibarət konsert proqramı ilə çıxış etdilər.

Gecənin sonunda iştirakçılar diplomlarla təltif olundular.

Xatırladırıq ki, noyabrın 6-da saat 19:00-da Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə “Yeni nəsil dəvət edir” layihəsi çərçivəsində “Yada düşər xatirələr” adlı konsert keçiriləcək.

Biletləri şəhərimizin kassalarında, ASAN xidmət mərkəzlərində və iticket.az saytında əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti