...

Bakıda "7 Gözəl Wedding and Fashion Show 3" keçirilib (FOTO)

Mədəniyyət Materials 14 Noyabr 2018 03:22 (UTC +04:00)
"Pi Group Production" "Baku Boulevard Hotel"də möhtəşəm mükafatlandırma və moda gecəsi keçirib.
Bakıda "7 Gözəl Wedding and Fashion Show 3" keçirilib (FOTO)

Bakı. Trend:

"Pi Group Production" "Baku Boulevard Hotel"də möhtəşəm mükafatlandırma və moda gecəsi keçirib.

Trend-in məlumatına görə, "Baku Boulevard Hotel"də keçirilən "7 Gözəl Wedding and Fashion Show 3 "da gəlinlik və ziyafət geyimlərinin, makiyaj və saç düzümlərinin nümayişi, rəqs qruplarının və müğənnilərin çıxışı, məhşurların mükafatlandırılması baş tutub. Gecənin aparıcısı Aytən Əlizadə olub. Gecədə "Camellia Wedding" "Özəl Wedding" və "JV Wedding" gəlinlik butiklərinin paltarlarının nümayişi baş tutub. Gecədə "Azəri atəşi" və "Harmony Dance" rəqs qruplarının çıxışı, rəqqasə "Renka Black Angel" əsrarəngiz rəqsi, müğənnilərdən Samira Alimaryam, Fərhad Xəlif, Xuraman Şuşalı, Yaşar Cəlilov, Ayaz Babayev, Pərvanə Talıbzadə və İslam Əlizadə çıxış ediblər. Layihənin rəhbəri İsmayıl Qasımov, ideya müəllifi Pərvanə Məmmədova, musiqi rəhbəri Dj Çinadır.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti