...

Gənc Tamaşaçılar Teatrı “Əlif” Beynəlxalq Festivalına qatılacaq (FOTO)

Mədəniyyət Materials 22 Noyabr 2018 01:04 (UTC +04:00)
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı "Dəlinin qeydləri" mono tamaşası ilə təmsil olunacaq.
Gənc Tamaşaçılar Teatrı “Əlif” Beynəlxalq Festivalına qatılacaq (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 20-24 noyabr tarixlərində İranın Təbriz şəhərində keçiriləcək "Əlif" beynəlxalq teatr festivalında "Dəlinin qeydləri" mono tamaşası ilə təmsil olunacaq.

Teatrdan Trend-ə verilən məlumata görə, tamaşa 21-22 noyabr tarixlərində Festival iştirakçılarına təqdim ediləcək. Nikolay Vasilyeviç Qoqolun pyesi əsasında Xalq artisti, rejissor Cənnət Səlimovanın quruluş verdiyi əsər bu günə kimi bir çox xarici ölkələrdə - Rusiya, Ukrayna, Belarusiya, Moldova, İran, Türkiyə, Tatarstan, Orta Asiya ölkələrində beynəlxalq festivallarda uğurla iştirak edib. Tamaşanın rəssamı Lətifə Quluzadədir. Aksenti İvanoviç rolunu əməkdar artist Şövqi Hüseynov canlandırır. Səhnə əsərində "kiçik adam" faktının törətdiyi problemlərin həlli yolları axtarılır. Qəhrəman təxəyyülündə yaratdığı, real olmayan dünyasında sosial bərabərsizli məhv etməyə çalışır. Dahi Alfred Şnitkenin musiqisi bu əsarətdən qurtulmaq ağrısını daha da təsirli ifadə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti