...

Azərbaycanın rəqs qrupları Borjomidə “Qış Fantaziyası” festivalında (FOTO)

Mədəniyyət Materials 26 Dekabr 2018 00:25 (UTC +04:00)
Gürcüstanın Borjomi şəhərində “Qış Fantaziyası” adlı festival keçirilib.
Azərbaycanın rəqs qrupları Borjomidə “Qış Fantaziyası” festivalında (FOTO)

Bakı. Trend:

Gürcüstanın Borjomi şəhərində “Qış Fantaziyası” adlı festival keçirilib.

Trend-in məlumatına görə, festivala artıq 3 ildir ki, Azərbaycandan rəqs qrupları qatılır. Festivalda iştirak edən qruplar Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə iştirak edib.

“AGİ və ARA olaraq biz çox şadıq ki, xarici festivallarda bizim ölkədən qruplar iştirak edir. Belə festivallarda iştirak etmək, həm də ölkəmizin tanınmasına səbəb olur, beləki getdiyimiz ölkədə Azərbaycanda da bu cür festival və müsabiqələrin keçirilməsi haqda məlumatlar verilir və burada festivallar, müsabiqələr keçirilən zaman xarici iştirakçıların sayı daha da artır” – deyə AGİ-nin idarə heyyətinin üzvü və ARA-nın prezidenti Əziz Əzizov bildirib.

Festivalda iştirak edən rəqs qrupları, festivaldan çox razı qaldıqlarını və orada çox əyləndiklərini, gürcülərin qonaqpərvərliyindən, Borjomi şəhərinin gözəlliyindən danışıblar. Qrup rəhbərləri belə festivallara təşkilatçılıq edən AGİ və ARA-ya öz təşəkkürlərini bildirib, iş fəaliyyətlərində uğurlar arzulayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti