...

Yaradıcı şəxslər üçün yeni müsabiqə başlayır

Mədəniyyət Materials 20 Fevral 2019 20:48 (UTC +04:00)
“Creative Business Cup (CBC)”- ın Azərbaycan üzrə 2019-cu il üçün Milli mərhələsinə qəbul başlayır.
Yaradıcı şəxslər üçün yeni müsabiqə başlayır

Bakı. İlhamə İsabalayeva - Trend:

Mədəniyyət Nazirliyinin əsas tərəfdaşlığı və “Social Innovation Lab (Sil.)” innovasiya mərkəzinin rəsmi təşkilatçılığı ilə yaradıcı və mədəniyyət sənayeləri üzrə beynəlxalq startap proqramı - “Creative Business Cup (CBC)”- ın Azərbaycan üzrə 2019-cu il üçün Milli mərhələsinə qəbul başlayır.

Nazirlikdən Trend-ə verilən məlumata görə, proqramın açılış tədbiri fevralın 21-də olacaq. Proqramda iştirak üçün son müraciət tarixi 10 martdır.

Sahibkarlıq və innovasiyalar üzrə qlobal təşəbbüs olan “Creative Business Cup” yaradıcı və mədəniyyət sənayelərində təmsil olunan startapları dəstəkləyərək onları investorlar və qlobal bazarlarla əlaqələndirir, biznesin və cəmiyyətin inkişafı naminə onların innovativ qabiliyyətlərini daha da inkişaf etdirir. “Creative Business Cup” çərçivəsində 70-ə yaxın ölkədə tərəfdaş təşkilatları vasitəsilə baş tutan Milli müsabiqələrin qalibləri Kopenhagen şəhərində hər il keçirilən beynəlxalq müsabiqədə iştirak etmək imkanı əldə edir.

Proqrama musiqi, film, video, fotoqrafiya, sənətkarlıq, rəssamlıq və heykəltəraşlıq, teatr, ədəbiyyat və nəşriyyat, radio və televiziya, dizayn, moda, memarlıq, reklam, kompüter oyunları və elektronika sahələrindən istənilən birinə aid innovativ layihə və ya startap ideyası ilə müraciət etmək mümkündür.

Müsabiqənin ölkə finalı aprelin 12-də olacaq. Finalı qalibi olan startap komandası Danimarkanın Kopenhagen şəhərində keçiriləcək Dünya Finalına vəsiqə qazanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti