Bakı. Trend:
"Kiyev günləri" çərçivəsində Ukraynanın paytaxtında keçirilən "Solneçnıy kaştançik" beynəlxalq uşaq festivalında soydaşlarımızdan ibarət rəqs qrupu da təmsil olunub.
Trend-in məlumatına görə, IX beynəlxalq uşaq festivalında Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayətinin "Çinar" rəqs qrupunun rəngarəng çıxışları tamaşaçıların zövqünü oxşayıb. Onların təqdim etdiyi rəqs nömrələri alqışlarla qarşılanıb.
Bir çox xarici ölkələrdən rəqs qruplarının qatıldığı festivalın məqsədi həvəskar uşaqların sənətini və yaradıcılığını təbliğ etmək, Ukraynada yaşayan xalqların mədəniyyətinin və ənənələrinin müxtəlifliyini nümayiş etdirmək, onların folklorunu tanıtmaq, gənc sənətkarlar arasında təcrübə mübadiləsinə dəstık verməkdir.
Festivalın sonunda "Çinar" rəqs qrupunun üzvləri xüsusi diplomla mükafatlandırılıb.