...

43-cü sessiyasda Hirkan meşələri ilə bağlı nominasiya müzakirə olunur

Mədəniyyət Materials 5 İyul 2019 13:15 (UTC +04:00)
Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası iyulun 5-də öz işini nominasiyaların təqdimatı ilə davam etdirir.
43-cü sessiyasda Hirkan meşələri ilə bağlı nominasiya müzakirə olunur

Bakı. Elçin Mehdiyev - Trend:

Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası iyulun 5-də öz işini nominasiyaların təqdimatı ilə davam etdirir.

Trend-in məlumatına görə, tədbiri açan sessiyanın təşkilat komitəsinin sədri, Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev müzakirə olunacaq və qəbul ediləcək nominasiyalarla bağlı məlumat verib. Bildirib ki, büronun qərarı ilə Avstraliya ilə Bəhreynin nominasiyalarının müzakirəsi iyulun 6-na keçirilib.

Sonra Avstraliya, İspaniya, Norveç, Tunis, Finlandiya, Danimarka, İsveç, Andorra, İsveçrə və digər ölkələrin nümayəndələri çıxış edərək 43-cü sessiyanın işini yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycan hökumətinə minnətdarlıqlarını bildiriblər.

Dünya irsinin hamıya məxsus olduğunu söyləyən natiqlər qeyd ediblər ki, bu gün Bakı sessiyasında UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmək üçün üzv dövlətlər tərəfindən təqdim olunmuş 35 namizəd fayl nəzərdən keçiriləcək. Namizədliyi irəli sürülmüş faylların 27-si mədəni, 6-sı təbiət, 2-si qarışıq (təbiət və mədəni) abidələr sırasına daxildir. Bu nominasiyalardan 15-i Avropaya, 1-i isə Afrika qitəsinə aiddir.

Çıxışlarda vurğulanıb ki, obyektiv və elmi cəhətdən əsaslandırılmış qərarlar qəbul edilməlidir.

Çıxışlarda mövcud münaqişələrin milli irsə dağıdıcı təsirinin nəzərə alınması, dünya mədəni irsinin tarazlığının qorunması istiqamətində ciddi işlər görülməsinin vacibliyi və digər fikirlər səsləndirilib.

Təqdim olunan nominasiyaların bir çoxunda səhvlər tapıldığı üçün onlar müzakirədən çıxarılıb.

Müzakirələrdən sonra təqdim olunan nominasiyaların UNESKO-nun Dünya İrsi Siyahısına qəbul olunması prosesinə başlanılacaq. İlk olaraq təbiət, sonra qarışıq, ən sonda isə mədəni nominasiyalar siyahıya salınacaq.

İlk olaraq Çinin təqdim etdiyi nominasiya - Sarı dənizin sahilində Bohai boğazında, miqrasiya edən köçəri quşların təbii sahəsinin Dünya İrsi Siyahısına salınması məsələsinə baxılıb. Bu nominasiyanı 18 ölkə dəstəkləyib. Beləliklə, Çin və Koreya yarımadası arasında yerləşən bu dəniz sahilində miqrasiya edən köçəri quşların təbii sahəsi Dünya İrs Siyahısına salınıb. Bu, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü Bakı sessiyasında Dünya İrs Siyahısına salınan ilk nominasiyadır.

Hazırda İran İslam Respublikasının təqdim etdiyi Hirkan meşələri ilə bağlı nominasiya müzakirə olunur.

Sessiya işini davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti