...

“Nargis” Fondunun xeyriyyə aksiyası davam edir: Siz də ianə edə bilərsiniz!

Mədəniyyət Materials 14 Aprel 2020 15:20 (UTC +04:00)
“Nargis” Fondunun xeyriyyə aksiyası davam edir: Siz də ianə edə bilərsiniz!

Bakı. Trend:

Azərbaycanda xüsusi karantin rejiminin elan olunduğu gündən etibarən “Nargis” Fondu tərəfindən Bakı, Bakı ətrafı və Sumqayıt üzrə 40-dan çox ağbirçək və ağsaqqallarımız bir aylıq ərzaq məhsulları ilə təmin edilib.

Fonddan Trend-ə verilən məlumata görə, bu müddət ərzində virusla əlaqədar köməyə ehtiyacı yaranan müxtəlif kateqoriyalı insanlardan bizə çoxlu müraciətlər daxil olub:

“Nargis” fondu olaraq heç kəsin halına biganə qala bilmirik. Müraciət etmiş hər bir şəxslə ayrılıqda əlaqə saxlayıb qeydiyyata aldıq. Beləliklə “Nargis” fondu olaraq xeyriyyə kampaniyamızı davam edirik. Bu xeyirxah işdə bizə qoşulmaq, vətəndaşlarımıza dəstək olmaq istəyən hər kəs bizə müraciət edə bilər. Özünüzü qoruyun"!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti