...

Kurt Kobeynin gitarası hərraca çıxarılıb - başlanğıc qiymət 1 milyon dollar

Mədəniyyət Materials 12 May 2020 10:31 (UTC +04:00)
Kurt Kobeynin gitarası hərraca çıxarılıb - başlanğıc qiymət 1 milyon dollar

Trend-i buradan izləyin

Bakı. Trend:

"Nirvana" qrupunun mərhum lideri Kurt Kobeynin akustik gitarası ABŞ-da hərraca çıxarılıb.

Trend-in "REN TV"yə istinadən verdiyi məlumata görə, "Martin D-18E" gitarasının başlanğıc qiyməti təxminən 1 milyon dollar səviyyəsində müəyyən edilib.

"Julien's Auctions" auksion evindən bildiriblər ki, bu lot auksion evinin ən əlamətdar lotlarından biri olacaq: "Julien's Auctions" Kurt Kobeynin Nyu-Yorkdakı konsertində çıxış etdiyi 1959-cu ilin "Martin D-18E" gitarasını təqdim etməkdən qürur duyur".

Bildirilir ki, hərrac 19-20 iyun tarixlərində Beverli-Hillz şəhərində keçiriləcək.

Xatırladaq ki, ötən ilin oktyabr ayında Nyu-Yorkda keçirilən hərracda rok-qrupun sabiq liderinin yaşıl kardiqanı 334 min dollara, 1993-cü ildə K.Kobeyn üçün hazırlanan gitara isə 340 min dollara satılmışdı.

Qeyd edək ki, K.Kobeyn 1994-cü ildə 27 yaşında intihar edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti