Bakı. Trend:
Azərbaycanın Xalq artisti, kinorejissor Ramiz Əzizbəyli reanimasiyadadır, vəziyyəti stabil ağırdır.
Bu barədə Trend-ə xalq artistinin qızı Xədicə Əzizbəyli məlumat verib.
O bildirib ki, həkimlərin sözlərinə görə, digər pralel xəstəlikləri olduğu üçün R.Əzizbəylinin vəziyyəti ağırdır.
Qeyd edək ki, koronavirusa yoluxan 72 yaşlı Xalq artisti Zığ qəsəbəsindəki modul tipli hospitala yerləşdirilib.