...

Dünyanın ən populyar istedad axtarışı şousunda artıq Azərbaycan da var (FOTO)

Mədəniyyət Materials 19 Noyabr 2021 14:30 (UTC +04:00)

Bakı. Trend:

“Central Asia's Got Talent” (Talant Mərkəzi Asiya ) şousu 2019-cu ildən fəaliyyətə başlayıb. İlk qalibi Tacikistanı təmsil edən 22 yaşlı ifaçı Çorşonba Alovatov olub. 5 ölkəni əhatə edən bu şouda istənilən yaşda olan şəxslər öz bacarıqlarını nümayiş etdirə bilərlər. Layihə Simon Covel tərəfindən əsası qoyulmuş “America’s got talent” və “Britian’s got talent” şoularının əsasında yaradılıb.

Trend-in məlumatına görə, yarışma bu gün dünyanın 70-dən çox ölkəsində yayımlanır. “Got Talent” formatı dünyanın ən uğurlu realiti-şousu kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb.

Layihə Mərkəzi Asiyadakı istedadların yolunu yenidən açır. İkinci mövsümdə bu şouya ilk dəfə olaraq Azərbaycan da qoşulur. Möhtəşəm yarışın Azərbaycan üzrə tərəfdaşı “Xəzər" Media Mərkəzidir. “Central Asia's Got Talent” ( Talant Mərkəzi Asiya ) şousunun seçimi beş ölkədə - Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanda keçiriləcək.

Yarışın finalı isə Qazaxıstanın Türküstan şəhərində təşkil olunacaq. Qalibi 40 min manat mükafat gözləyir.

Münsiflər heyətinin tərkibində bir azərbaycanlı məşhur da olacaq. Onun kim olduğu noyabr ayının 25-də "Xəzər" Media Mərkəzində keçiriləcək mətbuat konfransında açıqlanacaq.

Ölkəmiz üzrə seçim turları noyabrın 24-ü başlayır. Yaş məhdudiyyəti yoxdur. Kastinq iki gün: 24-25 noyabr tarixlərində, saat 10:00-dan 17:00-dək Bakıda, “Xəzər" TV-də keçiriləcək. İştirak üçün şəxsiyyət vəsiqəsi mütləqdir. Bu möhtəşəm şouda Azərbaycan adını sən də dünyaya tanıt! İstedadını göstər! Şöhrət bir addımlığındadır!

Ünvan: “Xəzər” Televiziyası, Süleyman Əhmədov küçəsi 2239

Xəbər lenti

Xəbər lenti