Bakı. Trend:
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 2022-ci il 7 mart tarixində, saat 18:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 8 Mart-Beynəlxalq Qadınlar Gününə həsr olunmuş sərgi keçiriləcək.
Nazirlikdən Trend-ə verilən məlumata görə, 8 Mart-Beynəlxalq Qadınlar Gününə həsr olunmuş sərgi cəmiyyətdə qadının roluna diqqət çəkmək, onların yaradıcılığının dəstəklənməsi, rəssamlıq sənətinə marağı artırmaq, həmçinin Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan bu mövzuya həsr olunan əsərlərin təbliği məqsədilə keçiriləcəkdir.
Sərgidə 30-a yaxın rəssamın əsərləri sərgilənəcək.
Sərgi Nazirlər Kabineti yanında Operativ Qərargahın COVİD-19 pandemiyası ilə əlaqədar qəbul etdiyi karantin qaydalarına uyğun keçiriləcək.
Giriş sərbəstdir.
Media nümayyəndələri dəvətlidir.
Tədbirin keçirilmə yeri: Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı
Tarix: 2022-ci il, 7 mart
Saat: 18:00