...

Bakı Caz Festivalı başa çatıb (FOTO/VİDEO)

Mədəniyyət Materials 22 Noyabr 2022 14:10 (UTC +04:00)
Bakı Caz Festivalı başa çatıb (FOTO/VİDEO)

Bakı. Trend:

Bu həftəsonu Bakı Jazz Festival 2022 yekun konsertləri baş tutdu.Bu musiqili payızın ən parlaq hadisəsi bakılılara unudulmaz təəssürat bəxş etdi.

Muğam Mərkəzində israilli musiqiçi Yoqef Şetritin Azərbaycanın İsraildə səfirliyinin açılışı və ölkələr arasında dostluq əlaqələrinin möhkəmlənməsi ilə bağlı çıxışı festivalın bütün tamaşaçıları tərəfindən xüsusilə yadda qalıb. Şetrit öz ifasına Əzizə Mustafazadənin bəstəsini də daxil edib.

I AM JAZZMAN adlı gənc istedadların beynəlxalq müsabiqəsinin finalı gərgin və dramatik keçdi. İştirakçıların parlaq çıxışlarından və beynəlxalq münsiflər heyətinin qərarından sonra qaliblər:

Alade Vilson - vokal - 1-ci yer (Nigeriya)

Rüstəmzadə Əli - fortepiano - 2-ci yer (Azərbaycan)

İslamov Aslan - tuba - 3-cü yer (Azərbaycan).

Tamaşaçılar alman eksperimental musiqiçisi Mixael Şifelin orijinal konsertini də xatırladılar. Onun maraqlı və qeyri-adi musiqi improvizasiyaları tamaşaçıların heç birini laqeyd qoymayıb.

Festivalın son akkordu italyan gitaraçı Federiko Kasaqrandenin MADRİDdəki çıxışı olub. İsti rahatlaşdırıcı mehriban ab-hava, demək olar ki, evdə hazırlanmış gitara akkordları və italyan notları 17-ci Bakı Jazz Festival gözəl və dəbli şəkildə başa vurdu.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti