Bakı. Trend:
Dünya Azərbaycanlılarının həmrəylik və birlik gününə həsr olunmuş uşaqlar və yeniyetmələr arasında bədii düşüncə tərzi, zövq və yaradıcılıq duyğuları,həmçinin, vətənpərvərlik və vətən sevgisi hislərinin formalaşmasına xidmət, habelə, böyüməkdə olan nəsilin rəssamlıq sənətinə marağının stimullaşdırılması xidmət məqsədi ilə elan olunmuş “doğma diyar-azərbaycan” adlı ənənəvi respublika uşaq rəsm müsabiqəsinin yekun sərgiləri başa çatdı.
Nəzərinizə çatdıraq ki, müsabiqə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə baş tutmuşdur.
Mövzusu Azərbaycan olan sərgidə sərgilənən əsərlərin əsasını qəhrəmanlıq, vətənpərvərlik və vətənin tərənnümünə itfa olunmuş əsərlər təşkil edirdi.
Müsabiqəyə ölkəmizin müxtəlif guşələrindən 1500-dən çox uşaq, yeniyetmə və gənc 2000-dən artıq əsər təqdim etmiş, 800-ə yaxın əsər sərgilənmək üçün seçilmişdi.
Əsəri sərgilənən iştirakçılar sertfikatla, fəal tədris müəssələri təşəkkürnamə ilə təltif olundular.
Həmçinin, sərgilərdən seçilmiş 10 ən yaxşı əsərin müəllifinin qrup sərgisi və bir tədris müəssəsinin kollektiv sərgisi keçirilməsi nəzərdə tutulmuşdur.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az