...

“Əsgər və mələk” – AzTV-nin Vətən Müharibəsi ilə bağlı növbəti filmi (VİDEO)

Mədəniyyət Materials 11 Fevral 2023 13:20 (UTC +04:00)

Bakı. Trend:

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC yeni film hazırlayıb.

QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsinin məlumatına görə, “Telefilm” yaradıcılıq birliyinin ərsəyə gətirdiyi film “Əsgər və mələk” adlanır.

Film birinci Qarabağ müharibəsində şəhid olmuş Milli Qəhrəman Yuri Kovalyovun qızı Regina Kovalyova və onun Vətən müharibəsində tanış olduğu həyat yoldaşı Denis Quzlayev haqqındadır. Filmin iki baş qəhrəmanı var və bunlardan biri Regina uşaqlıqdan vətənpərvər ruhda böyüyüb. Filmin hər iki baş obrazı milliyətcə rusdur, amma Azərbaycan dövlətinin vətəndaşlarıdır. Film həm də Azərbaycanda yaşayan başqa millətlərin ölkəmizə olan sevgisindən bəhs edir. Yuri Kovalyov şəhid olanda Reginanın 2 yaşı var idi və o, İkinci Qarabağ müharibəsində öz qəhrəmanını tapır.

Bu cütlüyün toyunu Yeni Azərbaycan Partiyası təşkil edib və onlara mənzil hədiyyə verilib.

Filmin rejissoru Murad Quliyev, ssenari müəllifi Afaq Vasifqızı, operator Adil Abbasovdur. Layihənin rəhbəri isə Elçin Musaoğludur.

“Əsgər və mələk” filmi 11 fevral saat 16:30-da AzTV-də yayımlanacaq.

Filmin anonsunu təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti