...

Bakıda beynəlxalq caz festivalı keçiriləcək

Mədəniyyət Materials 5 Oktyabr 2023 11:39 (UTC +04:00)
Bakıda beynəlxalq caz festivalı keçiriləcək
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Mədəniyyət Nazirliyinin dəstəyi ilə XVIII Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək.

Nazirlikdən Trend-ə bildirilib ki, oktyabrın 6-da XVIII Bakı Beynəlxalq Caz Festivalı öz rəngarəng proqramı ilə musiqisevərlərin görüşünə gəlir.

"Oktyabrın 15-dək davam edəcək festivalın builki proqramı da olduqca zəngindir. Festival tanınmış caz ifaçılarının konsertləri və digər maraqlı tədbirlərlə cazsevərlərin zövqünü oxşayacaq.

Bakı Beynəlxalq Caz Festivalında 15 ölkədən musiqiçilər, o cümlədən, “Gremmi” mükafatı laureatları olan ifaçılar, bu mükafata namizədlər, Amerikadan caz və rep ifaçısı Theo Crocker, arfa caz ifaçısı Edmar Castaneda və Gregoire Maret xüsusi proqramları ilə çıxış edəcəklər.

Oktyabrın 14-də Heydər Əliyev Mərkəzində braziliyalı vokalçı Mario Bakunanın konserti keçiriləcək.

Builki caz şöləninin proqramında gənc caz ifaçılarının ənənəvi “I am Jazzman!” beynəlxalq müsabiqəsi də yer alıb. “Jazz & Vinyl” və “Gremmi” sahibləri ilə, tədqiqatçı Fuad Axundov ilə görüşlər, rəssam Eldar Qurbanovun "Cazın ağ quşları" sərgisi də proqrama daxildir", - məlumatda deyilir.

Qeyd edilib ki, Bakı Beynəlxalq Caz Festivalı haqqında ətraflı məlumatı festivalın rəsmi saytından (www.bakujazzfestival.com) əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti