...

Filarmoniyanın noyabr ayında keçirilən abonement konsertləri (FOTO)

Mədəniyyət Materials 28 Noyabr 2023 16:19 (UTC +04:00)
Filarmoniyanın noyabr ayında keçirilən abonement konsertləri (FOTO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin noyabr ayından etibarən, Mədəniyyət Nazirliyinin dəstəyi ilə Filarmoniya tərəfindən təşkil olunan abonement konsertlər yeni mövsümdə noyabr ayının 4-də start götürüb.

Trend xəbər verir ki, abonement konsertlər 2023-cü ilin noyabr ayında hər həftənin şənbə günləri saat 15:00-da M.Maqomayev adına Azəbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında təşkil olunub.

4 noyabr tarixində Kamera və Orqan Musiqisi Zalının səhnəsində Zəfər gününə həsr olunmuş gənc istedadların iştirakı ilə konsert keçirilib. Konsertdə solistlər - Respublika və beynəlxalq müsabiqələr laureatları Uğur Nəbi (piano), Nuray Həsənli (piano), Şəhrud Abbasova (piano), Zəhra Aslanlı (piano), Müzəffər Əliyev (piano), Fərəh Əliyeva (vokal), Nuray Quliyeva (piano), Yasəmən Ümidova (vokal), İbrahim Abbasov (tar), Zəhra Zeynalova (piano), Leyla Əfəndiyeva (piano), Ayan Əskərli (piano), Nurcan Cəfərova (piano), Mansur Şıxəliyev (kamança), Fatimə Süleymanlı (qanun), Xədicə Nəcəfli (piano), Toğrul Şıxəliyev (tar) və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Şəms” Uşaq Xoru (bədii rəhbər Dilarə Əliyeva, xormeyster Aysel Mehdizadə) çıxış ediblər. Proqramda Azərbaycan, Rus və Qərbi Avropa bəstəkarlarının əsərləri səslənib.

Noyabrın 11-də Azərbaycan Dövlət Fortepiano Triosunun Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərlərindən ibarət konserti keçirilib.

18 noyabr tarixində Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət Azərbaycan Dövlət Simli Kvartetinin konserti təşkil olunub. Solistlər Azərbaycan Respublikasının Əməkdar artisti Ceyla Seyidova (violin), Beynəlxalq müsabiqələr laureatları Nazxanım Dadaşova (piano), Nigar Cəfərova (soprano) öz ifalarını musiqisevərlərə təqdim ediblər.

Noyabrın 25-də son abonement konsertində “Klavesin musiqisi axşamı” keçirilib. Xarici bəstəkarların əsərlərindən ibarət konsertdə solistlər - Azərbaycan Respublikasının Əməkdar artisti Xurşid Abdullayeva (klavesin), Beynəlxalq müsabiqələr laureatı Tofiq Zeynalov (kontratenor), Nemət Tanrıverdiyev (trombon) və Ülkər Qüdrətli (fleyta) dinləyicilərə öz ifalarının təqdim ediblər.

Qeyd edək ki, konsertlərdə iştirak etmək istəyənlər biletləri şəhərimizin kassalarından və iticket.az saytından əldə edə bilərlər. Bir dəfə alınan abonement bileti ay ərzində təşkil olunan konsertlər üçün keçərlidir.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az.

Xəbər lenti

Xəbər lenti