...

Xalq artisti Almaniyada vəfat etdi (FOTO)

Mədəniyyət Materials 20 Fevral 2024 14:12 (UTC +04:00)
Xalq artisti Almaniyada vəfat etdi (FOTO)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Tacikistanın Xalq artisti, müğənni Leyla Şəripova vəfat edib.

Trend xəbər verir ki, Xalq artistinin ölümü barədə tacik müğənni Odil Nozir məlumat yayıb.

Bildirilib ki, 94 yaşlı müğənni Almaniyanın Düsseldorf şəhərində vəfat edib. Sənətkarın ölüm səbəbi barədə məlumat verilməyib.

Leyla Şəripovanın atası İzmir, anası isə Cənubi Azərbaycan türkü olub. İranda yaşayan Leyla Şəripova 1953-cü il çevrilişindən sonra həyat yoldaşı ilə birlikdə Tacikistana köçüb. Özbəkistanda və Azərbaycanda da yaşayan Şəripova həyat yoldaşının ölümündən sonra Almaniyaya köçüb.

Leyla Şəripova Bakıda "Xatirə" xalq çalğı alətləri ansamblında və "Dan ulduzu" ansamblında çıxış edib.

Xəbər lenti

Xəbər lenti