Bakı. Trend:
“İçərişəhər” Dövlət Tarix – Memarlıq Qoruq İdarəsinin təşkilatçılığı ilə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Nağıllar aləmi İçərişəhər” adlı uşaq festivalı keçiriləcək.
Bu barədə Trend-ə Qoruq İdarəsindən məlumat verilib.
Bildirilib ki, saat 11:30-da uşaqların paradı ilə başlayacaq və saat 19:00-dək davam edəcək tədbir Qız Qalası meydanı, Qoşa Qala meydanı, Qüllə küçəsi, Bakı Xanlar Bağı, Arxeoloji Bağ, Kiçik Qala küçəsi, Dördbucaqlı Qala, Bakı Fotoqrafiya Evi və İçərişəhərin qalereyalarında baş tutacaq.
Balacalar üçün teatr tamaşaları, konsertlər, oyunlar, rəsm və interaktiv sərgilər, ustad dərsləri təqdim olunacaq.