...

Bahar Muradova Horadizdə (FOTO)

Seçki 2015 Materials 23 Oktyabr 2015 09:54 (UTC +04:00)
84 saylı Füzuli seçki dairəsindən V çağırış Milli Məclisin deputatlığına YAP-ın namizədi olan Bahar Muradovanın təbliğat-təşviqat kampaniyası çərçivəsində Füzuli rayonunun inzibati mərkəzi olan Horadiz şəhərindəki Muğam evində seçiciləri ilə görüşü təşkil olunmuşdur.
Bahar Muradova Horadizdə (FOTO)

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

84 saylı Füzuli seçki dairəsindən V çağırış Milli Məclisin deputatlığına YAP-ın namizədi olan Bahar Muradovanın təbliğat-təşviqat kampaniyası çərçivəsində Füzuli rayonunun inzibati mərkəzi olan Horadiz şəhərindəki Muğam evində seçiciləri ilə görüşü təşkil olunmuşdur.

400-dən artıq seçicinin iştirak etdiyi bu tədbir yüksək əhval-ruhiyyə şəraitində keçdi. YAP-nın çoxsaylı fəalları öz namizədlərini və onun vəkillərini coşqu ilə qarşıladılar.

Tədbiri giriş sözü ilə açan YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova Bahar Muradovanın həyat və fəaliyyəti haqqında görüş iştirakçılarına məlumat verdi və onun vəkillərini görüş iştirakçılarına təqdim etdi. Təşkilatın sədri və vəkillər öz çıxışlarında V çağırış parlament seçkilərini böyük siyasi və əlamətdar hadisə kimi dəyərləndirərək Azərbaycanın bugünkü həyatında onun əhəmiyyətini xüsusi qeyd etdilər. Çıxışlarda vurğulandı ki, respublikamız
müstəqillik əldə etdiyi müddət ərzində, xüsusilə də ümumilli liderimiz Heydər Əliyevin və onun ideyalarını yorulmadan, əzmlə və uğurla davam etdirən cənab İlham Əliyevin rəhbərliyi dönəmində ölkəmiz həm siyasi, həm də sosial-iqtisadi baxımdan böyük bir yol keçib, dünya xəritəsində özünəməxsus nüfuza sahib çıxıb. Bütün bunların ideoloji sütununu isə Heydər Əliyev dühasından yaranmış və bu gün 600 mindən artıq siyasi orduya malik YAP təşkil edir. Ona görə də partiyanın namizədi olan Bahar Muradovanın bu bölgədən seçkilərə qatılması böyük bir etimad kimi qəbul olunur. Vəkillər Bahar xanımın 2000-ci ildən bəri Milli Məclisdə Füzuli seçicilərini ləyaqətlə təmsil etdiyini, Parlamentin sədr müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri qismində bütün səviyyələrdə, o cümlədən müxtəlif beynəlxalq qurumlarda Azərbaycanın haqq sözünü uğurla müdafiə etdiyini, siyasi elmlər üzrə fəlsəfə doktoru kimi Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə və digər məsələlərə dair elmi-analtik fəaliyyətini tədbir iştirakçılarının nəzərinə çatdırdılar və onları bu seçkilərdə məhz Bahar Muradovaya səs verməyə
çağırdılar.

Seçkilərdə rayon ağsaqqalar şurasının sədri Məcnun Namazəliyev, şəhid ailəsinin üzvü Fəridə Quliyeva, təqaüdçü Tehran Hacıyev, gənc müəllimə Gülbahar Eyvazova və Nəriman Nəsirov söz alaraq ölkə rəhbərliyinin apardığı daxili və xarici siyasəti dəstəklədiklərini və məhz buna görə də YAP-nın namizədlərinə səs verəcəklərini bildirərək Bahar Muradovanın böyük səs çoxluğu ilə qələbə qazanacağını əminliklə ifadə etdilər. Namizədi müxtəlif cəhətdən xarakterizə edən seçicilər YAP-nın ideyalarının ardıcıl olaraq həyata keçirilməsində göstərdiyi fəaliyyətini bəyəndiklərini ifadə edərək ona bu siyasi kampaniyada uğurlar arzuladılar.

Seçiciləri qarşısında çıxış edən Bahar Muradova görüş iştirakçılarını salamlayaraq YAP-nın namizədi olaraq ona göstərilən etimada görə partiya rəhbərliyinə və hal-hazırda parlamentdə təmsil etdiyi Füzuli rayonunun seçicilərinə minnətdarlığını bildirmişdir. O, ölkə prezidenti və YAP-nın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasətin Azərbaycan dövləti və Azərbaycan xalqı üçün müstəsna əhəmiyyəti barədə danışaraq hər kəsi ölkəmizin taleyinə biganə qalmamağa, Heydər Əliyev yadigarı olan YAP-nın ideologiyasına sadiq qalmağa çağırmışdır. O, eyni zamanda son illər ərzində respublikamızda görülmüş işlər və dünyada baş verən prosseslər barədə məlumat vermiş və ölkə rəhbərliyinin bununla bağlı mövqeyini tədbir iştirakçılarına açıqlamışdır. Bahar Muradova eyni zamanda parlament seçkilərində hər kəsi fəal olmağa çağırmış və seçki günü öz iradələrini seçki məntəqələrində ifadə etməyə dəvət etmiş, seçildiyi halda isə öz seçicilərinin etimadını layiqincə doğrultmaq üçün bütün səy və bacarığını əsirgəməyəcəyini bildirmişdir.

Sonda tədbir iştirakçıları və partiya fəalları Bahar Muradova ilə kollektiv şəkil çəkdirmişlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti