...

MSK-nın növbəti iclası keçirilib

Seçki 2015 Materials 28 Oktyabr 2015 17:39 (UTC +04:00)
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
MSK-nın növbəti iclası keçirilib

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda MSK-nın 20 oktyabr, 22 oktyabr və 24 oktyabr tarixli protokolları təsdiq edilib.

İclasda, həmçinin bəzi seçki dairələrinin tərkibinə dəyişiklik edilib. Bundan əlavə, Milli Məclisə noyabrın 1-nə təyin edilmiş seçkilərlə bağlı MSK-ya daxil olmiş müraciətlərə baxılıb.

Baxılan müraciətlərdən biri təmin edilib, biri baxılması üçün müvafiq seçki dairəsinə göndərilib, qalanları isə əsassız olduğu üçün təmin edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti