...

MSK deputatlığa namizədin müraciətini əsassız saydı

Seçki 2015 Materials 28 Oktyabr 2015 18:09 (UTC +04:00)
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə noyabrın 1-nə təyin edilmiş seçkilərlə əlaqədar daxil olmuş müraciətlərə baxılıb.
MSK deputatlığa namizədin müraciətini əsassız saydı

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə noyabrın 1-nə təyin edilmiş seçkilərlə əlaqədar daxil olmuş müraciətlərə baxılıb.

Trend-in məlumatına görə, 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Vidadi İsgəndərov MSK-ya müraciət edərək yerlərdə onun seçicilərlə görüşlər keçirməsinə maneçilik törədildiyini iddia edib. V.İsgəndərov bununla bağlı əlində audio və video sübutların olduğunu bildirib.

MSK sədrinin müavini Natiq Məmmədov V.İsgəndərovun söylədiklərinin həqiqətə uyğun olmadığını və onun təqdim etdiyi sübutların hüquqi əsası olmadığını bildirib.

Komissiya V.İsgəndərlinin müraciətini əsassız sayaraq təmin etməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti