...

Ağcabədidə 18 km uzunluğu olan yol yenidən qurulur (FOTO/VİDEO)

Gündəm Materials 8 Fevral 2018 09:47 (UTC +04:00)
Ağcabədidə 18 km uzunluğu olan yol yenidən qurulur.
Ağcabədidə 18 km uzunluğu olan yol yenidən qurulur (FOTO/VİDEO)

Bakı. Trend:

Ağcabədi rayonunda Hacıbədəlli-Pərioğulları-Təzəkənd avtomobil yolu əsaslı şəkildə yenidən qurulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, uzunluğu 18 km olan yol respublika əhəmiyyətli R33 Ağdam-Hindarx-Ağcabədi və R18 Mingəçevir-Bəhrəmtəpə yolları ilə birləşir. Məhz bu üzdən yolun əsaslı şəkildə bərpası boyu 3 yaşayış məntəqəsində yaşayan 8 min əhalinin sevincinə səbəb olub.

Layihəyə uyğun olaraq yol V texniki dərəcədən IV texniki dərəcəyə uyğun təkmilləşdirilir. Bu işlər çərçivəsində yolun 6 metr hərəkət hissəsi nəzərə alınmaqla 100 min kv.m sahəsinə 2 laydan ibarət asfalt-beton örtüyünün döşənməsi, zəruri yol nişanları, təhlükəsizlik dirəklərinin quraşdırılması və xətlənməsi ilə müasir yol infrastrukturunun yaradılması nəzərdə tutulub.

Hazırda isə yol yatağının genişləndirilməsi ilə tikintisi, texnoloji ardıcıllığa uyğun olaraq isə yol əsasının salınması işləri aparılır. Buna görə əraziyə lazımi miqdarda xüsusi çınqıl materialı, həmçinin optimal-qırmadaş qarışığı daşınır. Bu işlərə paralel olaraq suların ötürülməsi üçün 36 ədəd müxtəlif diametrli dəmir-beton boruların tikintisi işləri də görülür.

Yaxın günlərdə 1 nöqtədə zəruri olan 16 metr uzunluğunda suötürücü keçidin inşası işlərinə də start veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti