...

TAP-ın Yunanıstan hissəsində tikinti işləri irəliləyir

Gündəm Materials 21 Fevral 2018 10:28 (UTC +04:00)
Transadriatik boru kəmərinin (TAP) Yunanıstan hissəsinin tikintisi üçün zəruri olan bütün xətt boruları artıq çatdırılıb.
TAP-ın Yunanıstan hissəsində tikinti işləri irəliləyir

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Transadriatik boru kəmərinin (TAP) Yunanıstan hissəsinin tikintisi üçün zəruri olan bütün xətt boruları artıq çatdırılıb.

Trend-in məlumatına görə, bunu bunu TAP AG konsorsiumunun Yunanıstan üzrə regional meneceri Katerina Papaleksandri Afina energetika forumunun kuluarlarında deyib.

O bildirib ki, Yunanıstanda boru kəmərinin tikintisi ölkənin bütün üç şimal bölgəsində davam etdirilir:

"Hazırda TAP-ın Yunanıstanda 550 km-lik marşrutunda 532 km ərazi təmizlənib, 493 km uzunluğunda boru kəmərləri çəkilib, 472 km-lik hissəsində qaynaq işləri görülüb. Yunanıstanda TAP-ın marşrutu boyunca 280 km ərazi bərpa prosesindədir".

Regional menecerin sözlərinə görə, bundan başqa, Kipoidəki kompressor stansiyasında tikinti işləri irəliləyir.

Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" layihəsinin bir hissəsi olan TAP-ın ümumi dəyəri 4,5 milyard avro təşkil edir və Tükiyə-Yunanıstan sərhədində digər qaz kəməri ilə - TANAP-la birləşəcək.

TAP-ın ilkin gücü ildə 10 milyard kubmetr təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti