...

Lənkəranda fermada 22 ədəd top mərmisi tapılıb (FOTO)

Gündəm Materials 7 Mart 2018 18:17 (UTC +04:00)
Lənkəranda keçmiş hərbi hissə ərazisindən 22 ədəd 125 mm-lik top mərmisi aşkar olunub.
Lənkəranda fermada 22 ədəd  top mərmisi tapılıb (FOTO)

Bakı. Trend:

Lənkəranda keçmiş hərbi hissə ərazisindən 22 ədəd 125 mm-lik top mərmisi aşkar olunub.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Lənkəran rayonu, Liman şəhəri, Səməd Vurğun küçəsində 6 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə 1 ferma sahəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində keçmiş hərbi hissə ərazisindən 22 ədəd 125 mm-lik top mərmisi (16 ədəd BK-13 və 6 ədəd OF-8) aşkar olunub, daşınması mümkün olmadığına görə 07 mart 2018-ci il tarixində yerində zərərsizləşdirilib.

Aşkar olunmuş mərmilərin ətrafında 600 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti