...

Qidalarımıza həşərat öldürən maddə qatılması ilə bağlı iddialara Qida Təhlükəsizliyi Agentliyindən RƏSMİ CAVAB

Gündəm Materials 10 May 2018 12:42 (UTC +04:00)
Bir necə gün bundan əvvəl həkim Füzuli Hüseynovun qəbul etdiyimiz qidaların tərkibində aspartam adlı zəhərli maddənin olması barədə açıqlaması birmənalı qarşılanmayıb.
Qidalarımıza həşərat öldürən maddə qatılması ilə bağlı iddialara Qida Təhlükəsizliyi Agentliyindən RƏSMİ CAVAB

Bakı. İlhamə İsabalayeva – Trend:

Bir müddət öncə həkim Füzuli Hüseynovun qəbul etdiyimiz qidaların tərkibində aspartam adlı zəhərli maddənin olması barədə açıqlaması birmənalı qarşılanmayıb.

Trend-in məlumata görə, həkim bildirib ki, içdiyimiz içkilərin, reklam olunan diş pastalarının, xarici istehsallı şirniyyatlar, marmelad, lokum kimi qidaların tərkibinə aspartam adlı maddə əlavə edilir.

Onun sözlərinə görə, bu maddə 1980-ci ilə qədər əkin sahəsində həşəratları öldürmək üçün istifadə olunurdu. Etiket üzərində kodu E 951 olan aspartam insanda əsəbilik, piylənmə, dəridə qaşıntılar, yuxusuzluq, bədəndə turşulaşma, yaddaş pozuntusu, ürək döyüntüləri, maddələr mübadiləsi pozğunluğu, hormonal disbalans kimi problemlər yaradır.

Bununla bağlı Qida Təhlükəsizliyi Agentliyinin Risklərin İdarəedilməsi şöbəsinin baş məsləhətçisi İlahə Əliyeva Trend-in sorğusuna cavab olaraq, bildirib ki, aspartam maddəsi bir çox müxtəlif qida məhsullarında E 951 kodu ilə istifadəsinə icazə verilən süni dadlandırıcı qida əlavəsidir. Eyni zamanda, şirinliyi adi şəkərdən çox yüksək olduğu üçün şəkər xəstələri tərəfindən də geniş şəkildə istifadə edilir.

İ.Əliyeva qeyd edib ki, bu maddənin istifadəsinin insan sağlamlığına hər hansı bir zərərinin olması haqqında elmi əsaslara söykənən yetərli sübut yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti