...

Zakir Həsənov “Efes-2018” beynəlxalq təlimlərini müşahidə edib (FOTO)

Gündəm Materials 10 May 2018 09:27 (UTC +04:00)
İzmir şəhərində keçirilən “Efes-2018” beynəlxalq təlimlərinin mayın 9-da “Doğanbey” poliqonunda gecə mərhələsi baş tutub.
Zakir Həsənov “Efes-2018” beynəlxalq təlimlərini müşahidə edib (FOTO)

Bakı. Trend:

İzmir şəhərində keçirilən “Efes-2018” beynəlxalq təlimlərinin mayın 9-da “Doğanbey” poliqonunda gecə mərhələsi baş tutub.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi geniş tərkibdə nümayəndə heyəti əvvəlcə Türkiyə müdafiə sənayesi sərgisini ziyarət edərək hərbi təyinatlı müasir silah və döyüş texnikaları nümunələri ilə tanış olublar.

Sonra Azərbaycan nümayəndə heyəti yüksək səviyyəli müşahidəçilərlə birgə təlimin gecə saatlarında keçirilən mərhələsini izləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti